AZ

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

Minifutbol üzrə Azərbaycan çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə ilk olaraq ən yaxşılar mükafatlandırılıblar.

Sonra üçüncü yeri tutmuş “Aznur”a bürünc, ikinci yeri tutmuş "Birbaşa Bakı"ya gümüş medallar verilib.

İlk dəfə ölkə çempionu olan “Zirə” komandasına isə qızıl medallar və çempionluq kuboku təqdim olunub.

Mükafatları komandalara “Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov, Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov və AMF-nin prezidenti Orxan Məmmədov təqdim ediblər.

Sonda “Zirə” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr