AZ

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

BAKU.WS xəbər verir ki, bu iddia ilə Zəminə Həsənova "Xəzər Xəbər"ə müraciət edib. O bildirib ki, ötən il Ukraynada təhsil almaq məqsədilə xaricdə təhsil şirkətinə ümumilikdə 1 800 manata yaxın ödəniş ediblər. Onun sözlərinə görə, övladına şirkət tərəfindən hərbi möhlətlə bağlı təqdim edilən sənəd saxta olub və nəticədə övladı hərbi xidmətə çağırılıb. Daha sonra ödənilmiş vəsait geri tələb edilsə də, yalnız bir hissəsi qaytarılıb.

Zəminə Həsənovanın sözlərinə görə, övladı valideynlərinin xəbəri olmadan ödəniş edib.

Vətəndaş məsələ ilə bağlı polisə müraciət edib və hazırda araşdırma aparılır.

"Zenith Xaricdə Təhsil Mərkəzi"nin hüquqşünası bildirib ki, göstərilən xidmət nəticəsində Oruc İsmayıl Ukraynada "Beynəlxalq Avropa Universiteti"nə qəbul alıb və müvafiq sənədlər təqdim edilib. Pulun bir hissəsinin qaytarılmamasının səbəbi isə bu xidmətlərlə bağlı xərclərlə izah olunub.

Seçilən
25
far.az

1Mənbələr