AZ

Qurbanov: “Bu cür mübahisələr futbolu bəzəyir”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Kubokunun “Qarabağ” – “Sabah” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərə möhtəşəm atmosferə görə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, futbolçular da onlara möhtəşəm oyun göstərdilər. Sürətli matç alındı. Qarşımızda çox yaxşı kollektiv var idi. Sona qədər mübarizə aparan bir komandaya qarşı oynadıq. Bizə bu cür rəqibə qarşı oynamaq xoşdur. Son iki oyunumuz çox baxımlı alınıb. Cavab oyununda da əlimizdən gələni edəcəyik. Ondan öncə 2 gün sonra “Karvan-Yevlax”la çempionatda oyunumuz var, ona hazırlaşmalıyıq.

– Baş hakim təyinatından sonra çox müzakirə olundu. Siz bu barədə nə düşünürsünüz?

– Heç bir narahatlığım yoxdur. Müzakirə olunası bir mövzu deyil. Yəqin ki, son vaxtlar formda bir hakim idi. Ona görə də bu matça təyinat almışdı.

– Son vaxtlar adı “Sabah”la keçən Kaşuk meydanda çox az vaxt alır. Rəqabətdə uduzur, yoxsa…?

– “Sabah”la məsələsi yoxdur. Bilmirəm, qarşı tərəfin bununla bağlı nəsə hərəkətliliyi var, ya yox. Bizdə hələ belə bir düşüncə yoxdur. “Sabah”la son çempionat oyununda start heyətdə idi. Yetərincə zaman aldığını düşünürəm. Oyunundan tam razı qalmadığımız məqamlar var. Bunun üzərində çalışacağıq.

– Çempionat üçün kuboku, yaxud kubok üçün çempionatı qurban verməyə hazırsınızmı?

– Belə bir düşüncəmiz yoxdur. Hər iki turnirdə iddialı olmuşuq. Alınacaq, heç. Alınmayacaq, problem olmayacaq. Təki azarkeşlər baxımlı oyun izləsinlər.

– Hər zaman çempionat oyunlarına azarkeşlərin az olması müzakirə mövzusu olub. Bu gün bu qədər azarkeşlərin olmasını nəzərə alsaq, “baxımlı futbola daha çox baxılır” deyə bilərikmi?

– İnanın ki, azarkeşlər hər dəfə oyuna bu cür maraq göstərsələr, baxımlı futbol görərlər.

– Oyunun 70-75 dəqiqəsi çox sürətli alındı. Bu atmosfer sizə avrokubok matçını xatırlatdımı?

– Bəli xatırlatdı. Çox xoş oldu. Bəzi avrokubok matçlarından da daha çox azarkeş var idi. Baxımlı futbol izləmək çox xoşdur.

– Elvin Cəfərquliyevlə Zedadka arasında oyun zamanı bir mübahisə yarandı…

– Düzü epiozdu tam görmədim. Futbolda belə hallar normaldır. Bu cür mübahisələr futbolu bəzəyir. Futbol xarakter oyunudur. İkisini barışdırmaq üçün cəhd etdim. Dambrauskasla da oyundan sonra söhbətimiz oldu. Biz onunla hər zaman oyundan öncə də, sonra da ancaq futbol barədə danışırıq. Futbolda baş verənlər elə orada da qalır. Futbolun da gözəlliyi budur.

– Yeni AFFA rəhbərliyinin 2 ili tamam oldu. Siz də, bu qurumda İcraiyyə Komitəsinin üzvüsünüz. Son 2 ildə görülən işlər barədə düşüncələriniz?

– Yeni fikir, ideya olanda onun nəticəsini görmək üçün zaman lazımdır. Yeni bir struktur varsa, önu görmək də maraqlı olur. Futbolumuzun inkişafı üçün fikirlər, planlar var. Qeyd etdiyim kimi, bunların nəticəsini görmək üçün zaman lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
8
futbolpress.az

9Mənbələr