AZ

Braziliyada baş verən təyyarə qəzasında dörd nəfər həlak olub

Braziliyanın Riu-Qrandi-du-Sul ştatının şimal sahilində özəl birmühərrikli təyyarənin yaşayış evinə çırpılması nəticəsində partlayış və yanğın baş verib.

"Far.Az" xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb.

Məlumata görə, göyərtədəki dörd nəfərin hamısı həlak olub. Təyyarə İtapolisdən Kapan-da-Kanoaya reys həyata keçirirdi.

Qeyd olunub ki, qəza vaxtı ev boş olub. Zərbədən sonra güclü yanğın başlayıb və qonşu binalara yayılıb.

Yerli hakimiyyət orqanları hadisənin səbəbləri ilə bağlı araşdırma aparır. Yanğını bir neçə saat sonra söndürmək mümkün olub.

Seçilən
29
far.az

1Mənbələr