AZ

Avropada aviasiya yanacağı bahalaşdı: uçuşlar ləğv olunur

Avropada reaktiv yanacağın qiyməti rekord həddə yüksəlib.

Musavat.com xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Bildirilir ki, aviasiya yanacağının bir tonunun qiyməti 1900 ABŞ dollarına çataraq tarixi maksimumu yeniləyib.

Məlumata görə, vəziyyət xüsusilə Böyük Britaniya üçün həssasdır. Belə ki, yanacağın bahalaşması fonunda "Heathrow Airport" hava limanında bəzi reyslərin ləğvinə başlanılıb.

Eyni zamanda, Fransadakı hava limanlarının da risk qrupunda olduğu qeyd olunur. Bununla belə, nəşr bildirir ki, digər Avropa ölkələrində bir neçə aylıq yanacaq ehtiyatı mövcuddur və bu, vəziyyətin qısa müddətli təsirlərini müəyyən qədər yumşalda bilər.

 

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr