AZ

TDT yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? VİDEO

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın təşkilata üzv ölkələrlə ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır.

Qeyd edək ki, təşkilatın əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı təşviq etmək olsa da, son illər təşkilat çərçivəsində keçirilən görüşlərdə iqtisadi məsələlər başlıca yer tutur.

Maraqlıdır, bəs bu ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir?

TDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - VİDEO

İqtisadçı Xalid Kərimli məsələni Baku TV-yə belə şərh edib: "Türkiyə ilə münasibətlərdə həm iqtisadi, həm investisiya, həm də ticarət baxımından mühüm inkişaf mərhələsinə keçilib. Amma təəssüf ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin həm iqtisadi, həm də ticarət aspektdə inkişafı hələ ilkin formalaşma mərhələsindədir".

İqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, Türkiyə istisna olmaqla, digər türk dövlətləri ilə Azərbaycanın ticarət dövriyyəsi hələ də yüksək deyil. Bu baxımdan ekspert hesab edir ki, təşkilat çərçivəsində əməkdaşlığın genişlənməsi ölkələr arasında ticarət dövriyyəsinin artmasına imkan verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
oxu.az

1Mənbələr