AZ

Siyəzəndə 10 yaxın şəxs dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Siyəzən, 4 aprel, AZƏRTAC

Martın 3-ü axşam saatlarından başlayaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına 10 yaxın şəxs dəm qazından zəhərlənmə şübhəsi ilə müraciət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibb müəssisəsinə gələn xəstələr əsasən Siyəzən şəhərinin, rayonun Yenikənd kəndinin və Şabranın Ağbaş kəndinin sakinləridir.

Müraciət edənlər başağrısı, baş gicəllənmə və ürəkbulanmasından şikayət ediblər.

Siyəzən şəhər sakini Nəvai Cəlilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hadisə evdə qaz sobasında çay qaynadan zaman baş verib. "Mətbəxdə "dördgöz" qaz sobasını yandırandan bir neçə dəqiqə sonra həyat yoldaşım və mən özümüzü pis hiss etdik. Hər şey qısa müddətdə baş verdi. Yoldaşımın vəziyyəti daha çətin idi. Təcili xəstəxanaya gəldik. Dəm qazı zəhərlənməsi diaqnozu qoyuldu. Tibbi yardım göstərildi. Bizdən başqa da zəhərlənənlər var", -deyə Nəvai Cəlilov bildirib.

Digər xəstə yaxınları da bu halla ilk dəfə qarşılaşdıqlarını, zəhərlənmənin bir-birindən fərqli qaz sobaları istifadə olunan evlərdə də baş verdiyini qeyd ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb, araşdırma aparılır.

Müxbir - Elxan Yusifli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
4
azertag.az

8Mənbələr