İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna Barbados bayrağı altında üzən gəmidə yaranan texniki nasazlıq səbəb olub.
Hadisə yerinə cəlb olunan texniki komanda nasazlığı aradan qaldırmağa çalışır.