Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Terapevt Anna Qayduk hamam və saunanın ürək-damar sisteminə təsiri barədə maraqlı məlumatlar paylaşıb. Onun sözlərinə görə, sağlam ürəyi olan şəxslər üçün isti buxar otağı müntəzəm fiziki yüklənməni əvəz edə bilir."Yüksək temperaturun təsiri ilə ürək döyüntüləri sürətlənir, bu isə qan dövranını yaxşılaşdıraraq bütün orqan və toxumaların qidalanmasını təmin edir. Buxarda "bişmiş" damarlar elastiklik qazanır və oksigen çatışmazlığına qarşı daha davamlı olur. Araşdırmalar göstərir ki, mütəmadi olaraq hamama gedən insanlarda infarkt və insult riski digərlərinə nisbətən daha aşağıdır".Lakin hamamın faydaları hamı üçün keçərli deyil. Həkim qeyd edir ki, artıq ürək-damar xəstəliklərindən əziyyət çəkən, yüksək təzyiqi olan və ya infarkt keçirmiş şəxslər üçün isti hava təhlükəli ola bilər. Belə hallarda buxar otağı vəziyyəti daha da pisləşdirmək riskinə malikdir."Bu səbəbdən sağlamlıq vəziyyətini nəzərə alaraq belə prosedurlardan istifadə etmək vacibdir", o fikrini yekunlaşdırıb.Aytən
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.