AZ

Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu

Martın 3-ü axşam saatlarından başlayaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına 10 yaxın şəxs dəm qazından zəhərlənmə şübhəsi ilə müraciət edib.

Publika.az xəbər verir ki, tibb müəssisəsinə gələn xəstələr əsasən Siyəzən şəhərinin, rayonun Yenikənd kəndinin və Şabranın Ağbaş kəndinin sakinləridir.

Müraciət edənlər başağrısı, baş gicəllənmə və ürəkbulanmasından şikayət ediblər.

Siyəzən şəhər sakini Nəvai Cəlilov Azərtac-a bildirib ki, hadisə evdə qaz sobasında çay qaynadan zaman baş verib. "Mətbəxdə "dördgöz" qaz sobasını yandırandan bir neçə dəqiqə sonra həyat yoldaşım və mən özümüzü pis hiss etdik. Hər şey qısa müddətdə baş verdi. Yoldaşımın vəziyyəti daha çətin idi. Təcili xəstəxanaya gəldik. Dəm qazı zəhərlənməsi diaqnozu qoyuldu. Tibbi yardım göstərildi. Bizdən başqa da zəhərlənənlər var", -deyə Nəvai Cəlilov bildirib.

Seçilən
16
3
publika.az

8Mənbələr