Şamaxı şəhər stadionunun güləş zalında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə SSRİ idman ustası Elxan Quliyevin rəhbərliyi ilə sərbəst güləş üzrə ustad dərsi keçirildi.
Rekord.az xəbər verir ki, keçirilən tədbirdə məqsəd yeniyetmə və gəncləri idmana dəvət etmək, asudə vaxtlarını səmərəli keçirmək və pis vərdişlərdən uzaq olmalarıdı.