AZ

Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı

Əhali arasında mart ayından etibarən yayılan və hələ də davam edən virus infeksiyası geniş vüsət alıb. Bir çox vətəndaşlar xəstəlikdən tam sağalmanın çətin olduğunu bildirir. Bu xəstəlik əsasən quru öskürək, yüksək hərarət, boğaz ağrısı və digər simptomlarla müşayiət olunur. İnsanlar tətbiq edilən dərmanların da gözlənilən effekti vermədiyini qeyd edir.

Niyə müxtəlif dərman vasitələrindən istifadə olunsa da, bu xəstəliyin sağalma prosesi uzanır və çətinləşir?

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, hazırda əhali arasında, xüsusilə də uşaqlar arasında yayılan viruslar əsasən influenza A qripi və respirator sinsitial virusdur (RSV):

“Bu virusların hər ikisi yuxarı tənəffüs yollarında iltihab yaradır, quru öskürək, asqırma, bəlğəm, yüksək hərarət, halsızlıq, zəiflik və əzələ ağrıları ilə müşayiət olunur. Ümumiyyətlə, virus xəstəliklərinə qarşı spesifik və effektiv müalicə vasitəsi yoxdur. Çünki viruslar hüceyrədaxili yaşayır və dərmanlar birbaşa onlara təsir göstərə bilmir. Bu baxımdan müalicənin əsasını immun sistemin gücləndirilməsi təşkil edir. Bunun üçün bol maye qəbulu, yataq rejimi, düzgün və vitaminlərlə zəngin qidalanma, xüsusilə meyvə və tərəvəzlərin qəbulu vacibdir”.

Seçilən
15
1
publika.az

2Mənbələr