Xəzər dənizində zəlzələ olub.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:49-da və 74 km dərinlikdə baş verib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ Quba stansiyasından 69 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.