AZ

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Aprel döyüşləri zamanı şəhid olan Vaqif Bayramov və İnqilab Quliyevin ailə üzvlərini ziyarət edib.

Görüş zamanı qeyd edilib ki, Zəfərimizin təməli Aprel döyüşlərində qoyulub. Odur ki, 2016-cı il Aprel döyüşləri tariximizin şərəfli və qürurverici səhifələrindən biri kimi yadda qalıb. Həmin döyüşlərdə Azərbaycan əsgərləri şücaət və qəhrəmanlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib, xalqımızın döyüş ruhunu və qələbə əzmini göstərib.

Görüşdə hər iki şəhidin keçdiyi şərəfli ömür yoluna nəzər salınıb, onların qəhrəmanlıqlarından bəhs olunub. Şəhid ailələrinin üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Xatırladaq ki, İnqilab Quliyev "İgidliyə görə" medalı, Vaqif Bayramov isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunublar.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr