Daha əvvəl Koroğlu metrostansiyası yaxınlığında avtobus dayanacaqlarına çıxış istiqamətində yerləşən məlumat lövhələrinin yenilənməsi məsələsini işıqlandırmışdıq. Lakin bu problem hələ də öz həllini tapmayıb.
Belə ki, lövhələrdə göstərilən bəzi marşrut nömrələri artıq dəyişib və ya fəaliyyət göstərmir. Bu isə uyğun marşrutu axtaran sərnişinlər arasında çaşqınlıq yaradır. Məsələn, lövhədə qeyd olunan 171 nömrəli marşrut 2024-cü ildən fəaliyyət göstərmir, həmin istiqamətdə hazırda 150 nömrəli marşrut işləyir.
Maraqlıdır, bu qədər vaxt keçməsinə baxmayaraq, niyə məlumat lövhələri hələ də yenilənmir?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, sözügedən lövhələrin yaxın zamanlarda yenilənməsi işləri həyata keçiriləcək.
Nəzrin Mirzəyeva, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta