AZ

Prezident: Məsud Pezeşkianın Azərbaycana dəstəyə görə minnətdarlığını yüksək qiymətləndiririk, xalqlarımız həmişə bir yerdə olacaq

Prezident İlham Əliyevin sosial media hesablarında fars dilində paylaşım edilib.

APA xəbər verir ki, paylaşımda deyilir:

“İran İslam Respublikasının hörmətli prezidenti, qardaşım cənab Məsud Pezeşkianın Azərbaycan xalqı və dövlətinin dəstəyinə görə təşəkkürü xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və bundan sonra da həm xoş, həm də çətin günlərdə daim bir yerdə olacaqlar”.

Seçilən
31
2
apa.az

7Mənbələr