AZ

Ronaldonun özbək ekvivalenti – Məşhur nəşr kimi deyir?

“The Athletic” Özbəkistan yığmasının və “Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanovu portuqaliyalı hücumçu Kriştiano Ronaldoya bənzədir.

Publika.az xəbər verir ki, “The Athletic”in sosial media hesabındakı paylaşımda deyilir:

“Abdukodir Xusanov Kriştiano Ronaldonun özbək ekvivalentidir. Paytaxt Daşkənddə “The Athletic”in danışdığı hər kəs, futbolu izləyən və ya izləməyən Xusanovu tanıyır. Onun üzü nəhəng reklam lövhələrində həkk olunub və şəxsi həyatındakı mühüm hadisələr milli xəbərlərə çevrilir. Dünya Kubokunda bütün ümidlər “Mançester Siti”nin mərkəz üdafiəçisinin çiyinlərindədir”.

Bu mövsüm Xusanov klubun heyətində bütün yarışlarda 29 oyun keçirib və qol vurmayıb.

Seçilən
15
publika.az

1Mənbələr