AZ

İlham Əliyevdən geosiyasi siqnal: Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilir

PREZİDENT: “TÜRK DÜNYASI BİZİM AİLƏMİZDİR, BİZİM BAŞQA AİLƏMİZ YOXDUR"

Ali Baş Komandan İlham Əliyev bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları/vitse-prezidentləri ilə görüşündə deyib.

 İlham

2 aprel tarixində TDT-yə üzv və müşahidəçi dövlətlərin hökumət başçıları/vitse-prezidentlərinin iclası baş tutub. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun ev sahibliyi etdiyi iclasda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev, Özbəkistanın baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Respublikasının baş naziri Ünal Üstel, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev və Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

 Türk

Regionda müharibənin davam etdiyi və bölgəmizin alov halqası ilə əhatə olunduğu bir vaxtda belə mühüm yüksək səviyyəli görüşün Bakıda keçirilməsi türk dünyasında böyük məmnuniyyətlə qarşılanıb, region ölkələri tərəfindən diqqətlə izlənib.

İclasın birgə bəyanatında Türk Dünyası Perspektivi-2040 sənədinin nəzərə alınması, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması ilə üzv dövlətlər arasında ticarət dövriyyəsinin artırılması prinsipinə sadiqlik; sənaye sektorunda əməkdaşlığın gücləndirilməsi, standartlaşdırma, rəqəmsallaşdırma və yaşıl enerji texnologiyalarının təşviqi; kənd təsərrüfatında əməkdaşlıq; enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi; neft, qaz və digər karbohidrogenlərin nəqlində mövcud infrastrukturun səmərəli istifadəsinin və genişləndirilməsinin dəstəklənməsi; yaşıl enerji layihələrinin inkişaf etdirilməsi; enerji təhlükəsizliyi üçün vacib mineralların əhəmiyyəti; enerji səmərəliliyinin artırılması; qabaqcıl təcrübələrin paylaşılması; nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üçün əməkdaşlıq imkanlarının araşdırılması; innovasiya, rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığın iqtisadi inkişaf üçün strateji əhəmiyyəti; kosmik texnologiyalar sahəsində birgə müəssisələrin təşviqi; nəqliyyat koordinasiyasının genişləndirilməsi, rəqəmsal koordinasiya və infrastrukturun inteqrasiyası, eləcə də Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə əməkdaşlıq ifadə olunub.

 Bişkekdə

TDT-yə üzv dövlətlərin hökumət başçıları/vitse-prezidentləri tərəfindən qəbul edilən qərarların əhəmiyyəti təqdir olunmaqla yanaşı, Ali Baş Komandan Prezident İlham Əliyevin rəsmiləri qəbul edərkən söylədiyi sözlər önə çıxıb. Cənab Prezidentin 14 fevral 2023-cü il tarixdə Milli Məclisdə andiçmə mərasimində və beynəlxalq tədbirlərdə verdiyi əhəmiyyətli açıqlamalar onun türk dünyasına verdiyi əhəmiyyəti nümayiş etdirir. Cənab Prezidentin “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir” sözləri görüşə möhürünü vurub.

 Türk

Cənab Prezident qeyd edilən görüşdə Türk Dövlətləri Təşkilatının dünya miqyasında böyük nüfuz qazandığını, beynəlxalq mövqeyinin möhkəmləndiyini və müştərək səylərlə təşkilatın mövqeyinin daha da gücləndirilməli olduğunu, TDT-nin dünyanın aparıcı beynəlxalq təşkilatları arasında yer almalı olduğunu bildirib. O, həmçinin dünyada etnik köklərə əsaslanan çox az təşkilatın olduğunu və bunun TDT üçün üstünlük olduğunu qeyd edərək “etnik köklərimiz bizi birləşdirir” ifadəsini işlədib. Etnik kimlik əsas amildir. Bununla yanaşı, coğrafiyamız və ölkələr arasında çox yaxşı və səmimi münasibətlərin qurulması kimi ortaq məqsədimiz də vacibdir. Cənab Prezident bu amilləri nəzərə alaraq təşkilatı daha yüksək səviyyəyə qaldırmağın vacibliyini vurğulayıb.

 İlham

Cənab Prezident tərəfindən 14 fevral 2023-cü il tarixdə andiçmə mərasimində səsləndirilən aşağıdakı sözlər Türk dünyasının strateji əhəmiyyətini, əhatə dairəsini və perspektivini ortaya qoyur:

Cənab Prezident Türk Dövlətləri Təşkilatının əhəmiyyətini belə ifadə edir: “Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?”

 TDT:

Zati-aliləri cənab Prezidentin bu sözləri Türk dünyasında böyük əks-səda doğurub. Bunlar, xüsusilə gənclərimiz və ümumiyyətlə xalqlarımız arasında maarifləndirmə və onların öz mahiyyətlərini anlamalarına kömək etmək üçün çox vacib mesaj olub. Hər Zirvə Görüşü və mühüm yüksək səviyyəli görüş Türk dünyası ölkələrinin birliyinin inkişafı və möhkəmləndirilməsi üçün əhəmiyyətli platforma olub.

Nə mutlu Türkəm deyənə!

COP29-un

04.04.2026
Hulusi KILIÇ
Sabiq səfir
İMZA İB Türkiyə nümayəndəsi
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü

Seçilən
42
3
musavat.com

4Mənbələr