AZ

TƏCİLİ! Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: Əhali küçələrə axışdı

Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ baş verib. Səhər saatlarında qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunaraq qısamüddətli təşvişə səbəb olub.

İlkin məlumatlara görə, hadisə nəticəsində ciddi dağıntı və ya tələfat qeydə alınmasa da, mütəxəssislər əhalini ehtiyatlı olmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, zəlzələ yerli vaxtla saat 08:52-də qeydə alınıb. Yerin təxminən 7 kilometr dərinliyində baş verən yeraltı təkanlar birbaşa yaşayış məntəqələrində hiss edildiyi üçün insanlar evlərini tərk edərək açıq sahələrə toplaşıblar. Hazırda ərazidə xilasetmə və monitorinq qrupları tərəfindən mümkün zərər-ziyanın müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Sara,
NOCOMMENT.az

Seçilən
63
8
nocomment.az

8Mənbələr