AZ

Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?

Azərbaycanda yaradılması nəzərdə tutulan Turizm İnkişaf Fondu gəlmə və daxili turizmin inkişafına hesablanıb. Milli Məclisdə keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, fondun yaradılması turizm xidmətlərinin ixracını artıracaq, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq.

Ən əsası, Azərbaycanın turizm istiqaməti kimi beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək. Agentlik tərəfindən hazırlanan və uzun illərdir gözlənilən “2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı” isə hazırda qurumlar arasında müzakirə mərhələsindədir. Sənədə əsasən, turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətlər müəyyən edilib. Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir. Dayanıqlı Turizm İnkişaf Fondunun yaradılması isə bu təklif və planların həyata keçirilməsi üçün baza rolunu oynaya bilər.

Sosial və humanitar əhəmiyyəti də böyükdür

İctimai dinləmədə iştirak edən turizmçi Ruslan Quliyev hesab edir ki, Azərbaycanda turizmin inkişafını təmin etmək və turist axını yaratmaq üçün vacib olan addımlar sırasında qanunvericilik bazasının və menecment sisteminin təkmilləşdirilməsi, o cümlədən innovativ sistemlərin şaxəli tətbiqi vacibdir. Prezident yanında Turizmin İnkişafına Dəstək Fondunun yaradılması təklifi də ölkədə turizm sektorunun inkişafını sürətləndirmək, bu sahəni iqtisadiyyatın əsas sahəsinə çevirmək məqsədi daşıyır: “Bunu uzun müddətli deyil, üç illik test müddəti kimi də tətbiq etmək olar. Xaricdə də bu cür təcrübə mövcuddur”. Ekspert hesab edir ki, fond turizm layihələrinə subsidiya edən qrantlar verə bilər ki, bu da yeni hotellərin və turizm obyektlərinin yaradılmasına, mövcud turizm infrastrukturunun inkişafına, turizm xidmətlərinin keyfiyyətinin yüksəldiləməsinə yol açar: “Təbii ki, dövlətin infrastruktur layihələrdə uğurlu iştirakı da turizmin inkişafını şərtləndirən amillər sırasındadır. Yəni burada yol-nəqliyyat imkanlarının yaxşılaşdırılması, turizm zonalarının qurulması, əlavə xidmət sahələrinin artırılması və xarici turistlərin cəlb olunması məqsədi ilə sistemli reklam və marketinq kampaniyaları, beynəlxalq sərgilərdə iştirak sayının artırılması, meqainfoturların həyata keçirilməsi vacibdir. Bunun sosial və humanitar əhəmiyyəti də böyükdür: yeni iş yerləri açılacaq, yerli özünüidarəetmə mexanizmləri təkmilləşəcək, kənd turizmi, ekoturizm inkişaf edəcək, regionların turizmi canlanacaq. Bu sahədə dövlət və özəl sektor əməkdaşlığı da vacib amillərdəndir. Bu, kiçik və orta sahibkarlığın güclənməsinə və investisiya layihələrin daha asan həyata keçirilməsinə şərait yaradacaq. Həm kredit mexanizmləri, həm maliyyə imkanlarına çıxış yolları təkmilləşdiriləcək, həmçinin ölkəyə xarici sərmayənin gəlməsinə şərait yaradacaq”.

Davamlı və məqsədli maliyyə mənbəyi

Seçilən
6
5
publika.az

6Mənbələr