AZ

Orduda sensasiya: Generallar bir bir qovuldu, gözlər İrana çevrildi FOTO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Quru Qoşunlarının 41-ci Baş Qərargah rəisi, general Rendi Corc təqaüdə göndərilib. Bu barədə ABŞ hərbi nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat verib. Bundan əlavə, Ordu Transformasiya və Təlim Komandası rəisi, general David Hodne və Ordu keşişlərinin başçısı, mayor general William Green Jr. da vəzifəsindən azad edilib.

Ümumilikdə son zamanlar ABŞ ordusunda ciddi kadr dəyişiklikləri müşahidə olunur. Hərbi nazir Pit Heqsetin rəhbərliyi altında qısa müddət ərzində silahlı qüvvələrin müxtəlif sahələrində ondan çox yüksək rütbəli zabit ya vəzifədən azad edilib, ya təqaüdə göndərilib, ya da yüksəlişləri bloklanıb.

Mühüm kadr dəyişikliyi siyahısına ABŞ Donanmasının baş əməliyyatlar rəhbəri, admiral Lisa Franchetti, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarls Q. Braun Jr., Müdafiə Kəşfiyyat Agentliyinin direktoru, leytenant general Ceffri Krus, ABŞ-ın NATO-dakı nümayəndəsi, vize admiral Şoşana Çetfild, Milli Təhlükəsizlik Agentliyi direktoru və ABŞ Kiber Təhlükəsizlik Komandası komandiri, general Timoti D. Hov, Hərbi Hava Qüvvələrinin baş qərargah müavini, general Ceyms Slayf, Donanma Rezerv Qüvvələrinin rəhbəri, vize admiral Nensi Lakor, Hərbi Hava Qüvvələrinin hüquq xidməti rəhbəri, leytenant general Çarls Plamer və Ordu hüquq xidməti rəhbəri, leytenant general Cozef Berger də daxildir.

Pit Heqsetin orduda apardığı genişmiqyaslı “təmizləmə” təsadüfi deyil. Aydın məsələdir ki, İranla müharibə ABŞ-ın planlarına uyğun irəliləmir. Faktiki olaraq öncədən müəyyən edilmiş bir çox hədəflərə çatılmayıb. Daha ciddi problem isə odur ki, İran təslim olmur əksinə, ABŞ-ın pilotsuz uçuş aparatları və təyyarələri vurulur, hətta ABŞ gəmilərinə hücumlar da təşkil olunur. Bu itkilər Vaşinqtonun prestijinə və ordusunun məğlubedilməzliyinə açıq zərbə vurur.

Pit Heqsetin orduda apardığı genişmiqyaslı kadr dəyişikliklərinin cəbhədə real vəziyyətə nə qədər təsir edəcəyi hələlik dəqiq deyil. Lakin bir həqiqət var ki, Tramp durumdan məmnun deyil.

Onu da deyim ki, proses çərçivəsində sui-istifadə hallarının baş verməsi də açıqca görünür. Məsələn, dəyişikliklərin daha çox qadın və qaradərili yüksək rütbəli zabitlərə şamil olunması, eləcə də keçmiş prezident Co Bayden dövründə xüsusi olaraq vəzifəyə gətirilən şəxslərin hədəf seçilməsi bunu deməyə əsas verir.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
globalinfo.az

3Mənbələr