ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
Nərimanın komandası növbəti oyuna çıxır
Bu gün MLS liqasında 6-cı tura start verilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ çempionatında 2-ci oyununa çıxa bilər. Onun komandası “Kolambus Kru” “Atlanta Yunayted”in qonağı olacaq.
Matç Bakı vaxtı ilə aprelin 4-dən 5-nə keçən gecə saat 03:30-da başlanacaq.
Qeyd edək ki, “Kolambus Kryu” 5 oyundan 2 xalla autsayderlər sırasında yer alıb. Onlar 15 komanda arasında 14-cü, onun bugünkü rəqibi isə 4 xalla 10-cu yeri tutur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.