AZ

Azərbaycanda könüllü sığorta bazarı 7 % ə yaxın böyüyüb

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 234,436 milyon manat sığorta haqqı toplanılıb.

SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövr ilə müqayisədə 6,5 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 121,772 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 39,4 % çoxdur.

Beləliklə, 2 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 51,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 39,7 manat olub.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 37 % çoxdur.

2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
22
sia.az

10Mənbələr