AZ

Ermənistanda niyə ət böhranı yaranıb?

Ermənistanda mal-qaranın nəzarətsiz ixracı səbəbindən mal əti qıtlığı yaranıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Ət və Yem İstehsalçıları Assosiasiyasının sədri Aşot Karapetyan "Sputnik Armeniya"-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, son illərdə Ermənistandan on minlərlə baş mal-qara ixrac edilib və nəticədə ətin qiyməti qaçılmaz olaraq xeyli artır. O qeyd edib ki, ölkəyə damazlıq mal-qara da idxal olunur. Lakin bu say daha az miqdarda olur. Karapetyan onu da əlavə edib ki, ət sənayesinin digər sahələri (donuz fermaları və quşçuluq fermaları) ölkədə mal əti çatışmazlığını kompensasiya etmək üçün istehsalı kifayət qədər artıra bilmir.

Ermənistan ənənəvi olaraq İrana və digər Yaxın Şərq ölkələrinə diri qoyun ixrac edir, lakin son illərdə ölkə İraq Kürdüstanına da mal-qara ixrac etməyə başlayıb.

Seçilən
16
publika.az

1Mənbələr