AZ

Tramp administrasiyası müdafiə üçün 1,5 trilyon dollar tələb etdi

ABŞ-da Donald Tramp administrasiyasının 2027-ci maliyyə ili üçün büdcə təklifində müdafiə xərcləri üçün 1,5 trilyon dollar tələb olunur, qeyri-müdafiə xərclərinin isə 73 milyard dollar azaldılması proqnozlaşdırılır.

Turkustan.az xəbər verir ki, Ağ Ev ABŞ Konqresinə 1 oktyabrdan başlayaraq 2027 maliyyə ili üçün dövlət xərclərini əhatə edən büdcə təklifini təqdim edib.

Büdcə təklifinə əsasən, 2027-ci maliyyə ilində diskresion xərclər üçün 1,8 trilyon dollar, məcburi resurslar daxil edildikdə isə ümumilikdə 2,2 trilyon dollar tələb olunur.

Büdcədə 30 sentyabrda başa çatan 2026 maliyyə ili ilə müqayisədə müdafiə xərclərinin 73 milyard dollar (10 faiz) azaldılması planlaşdırılır.

Müdafiəyə ümumilikdə 1,5 trilyon dollar ayrılacağı proqnozlaşdırılır ki, bu da 2026-cı maliyyə ili ilə müqayisədə 445 milyard dollar (42 faiz) artım deməkdir.

Müdafiə üçün tələb olunan 1,1 trilyon dollardan 1,1 trilyonunun Müdafiə Nazirliyinin illik xərclərinə ayrılması planlaşdırılır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
26
1
turkustan.az

2Mənbələr