İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü general Hüseyn Mohabbi təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Bu vəzifəni əvvəllər mart ayında öldürülən general-mayor Əli Məhəmməd Naeini tuturdu.
İran mediasının məlumatına görə, general Mohabbi ilə bağlı fərmanı Ali Liderin İİKK-dakı nümayəndəsi Abdullah Hacı Sadeqi imzalayıb.