AZ

Nəriman MLS-də ikinci oyuna çıxacaqmı?

Bu gün MLS liqasında 6-cı tura start verilir.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin şərəfini qoruduğu  “Kolambus Kru” “Atlanta Yunayted”in qonağı olacaq.

Matç Bakı vaxtı ilə aprelin 4-dən 5-nə keçən gecə saat 03:30-da başlanacaq.

Nəriman MLS-də bir oyuna çıxıb.

Qeyd edək ki, “Kolambus Kryu” 5 oyundan 2 xalla autsayderlər sırasında yer alıb. Onlar 15 komanda arasında 14-cü, onun bugünkü rəqibi isə 4 xalla 10-cu yeri tutur.

Seçilən
8
2
msport.az

3Mənbələr