AZ

Gəncədə yol qəzası: "BakuBus"la minik maşını toqquşdu

Gəncədə minik maşını ilə sərnişin avtobusu toqquşub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Prospektlə hərəkətdə olan "BakuBus"a məxsus 1 saylı xətt üzrə işləyən sərnişin avtobusu ilə "Chevrolet" markalı minik maşını toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır./Unikal

Seçilən
15
6
bakivaxti.az

8Mənbələr