AZ

Azərbaycanda noutbuk istehsalı 19% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 48,4 milyon manatlıq məhsul istehsal olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% azdır.

Hesabat dövründə ölkədə elektrik avadanlıqlarının istehsalı 48,9% artıb.

İki ayda illik müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı sahəsi üzrə noutbukların istehsalı 94,6% azalıb, elektrik avadanlıqlarının istehsalı sahəsi üzrə elektrik tənzimləyici cihazların istehsalı isə 2,1 dəfə artıb. (Apa)

Seçilən
41
3
fed.az

5Mənbələr