AZ

Polis çoxlu sayda qanunsuz silah-sursat aşkarladı

Aprelin 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara, 11 tüfəng və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

"Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd olunub.

Milli.Az

Seçilən
35
50
milli.az

10Mənbələr