Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Baku Open” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası (AŞF) məlumat yayıb.
Bildirilib ki, mötəbər turnir aprelin 28-dən mayın 6-dək Bakı Kristal Zalında təşkil olunacaq.
Festival üç qrupda (A, B və C) İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Yarış çərçivəsində eyni zamanda veteranlar arasında Azərbaycan çempionatı da baş tutacaq.
“Baku Open”in mükafat fondu 50000 ABŞ dolları təşkil edir. Turnirin açılış mərasimi aprelin 28-nə planlaşdırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta