AZ

Biləsuvarda iki həftədə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbi ilə 26 müraciət daxil olub.

MilliYol.az xəbər verir ki, bu barədə "Report"a xəstəxanadan məlumat verilib.

Bildirilib ki, onlardan 13-ü kişi, dördü qadın, doqquz nəfər isə azyaşlı olub:

"Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar".

Biləsuvar Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən bildirilib ki, sahibsiz itlər üçün sığınacaqların yaradılması məqsədi ilə müvafiq qurumlara müraciət edilib:

"Yer ayrılan kimi sahibsiz itlər üçün sığınacaq yaradılacaq".

Seçilən
6
25
milliyol.az

10Mənbələr