AZ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakı, 4 aprel, AZƏRTAC

Aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

AZƏRTAC Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 metr/saniyə təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 metr/saniyəyədək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır.

Seçilən
13
50
azertag.az

10Mənbələr