Yazını böyüt
Yazını kiçilt
Siyəzən Rayon Mərkəzi Xəstəxanası dəm qazından zəhərlənmə ilə bağlı məlumat açıqlayıb.
Hafta.az bildirir ki, aprelin 3-ü saat 17:40 radələrindən başlayaraq dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.