Sumqayıtda 16 yaşlı yeniyetmə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin 3-cü məhəlləsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 2010-cu il təvəllüdlü İsayeva Fəxriyyə Emin qızı binanın 3-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılıb.
O, bir müddət öncə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, hadisədən üç gün sonra xəstəxanada vəfat edib.
Hadisənin başvermə səbəbləri araşdırılır.