AZ

ABŞ kəşfiyyatı: İranın Hörmüz boğazını açacağı ehtimalı azdır

ABŞ kəşfiyyatı hesab edir ki, İran yaxın vaxtlarda Hörmüz boğazını çətin ki, açsın. Çünki dünyanın bu ən mühüm neft arteriyasına nəzarət etmək Tehranın ABŞ-a qarşı istifadə edə biləcəyi yeganə real təzyiq rıçaqıdır.

Azreform.info -ın məlumatına görə, bu barədə “Reuters” agentliyi üç mənbəyə istinadən xəbər verir.

Bu qənaət onu deməyə əsas verir ki, Tehran enerji resurslarının qiymətini yüksək saxlamaq üçün boğazın buraxılış qabiliyyətini məhdudlaşdırmağa davam edə bilər. Məqsəd isə ABŞ Prezidenti Donald Trampa təzyiq göstərmək və onu müharibədən çıxmaq üçün tez bir zamanda həll yolu tapmağa məcbur etməkdir.

Seçilən
2
9
azreform.info

10Mənbələr