AZ

Şəklini fotoşop edən qadın deputat partiyadan QOVULDU FOTO/VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

Niderlandda qadın deputat şəklini həddindən artıq fotoşop etdiyinə görə siyasi partiyadan xaric edilib.Bizim.Media xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.Rotterdamda rəsmi fotosunu süni intellektdən istifadə edərək redaktə edən 59 yaşlı bələdiyyə məclis üzvü Patrisiya Rayxmanla bağlı qalmaqal yaranıb.Belə ki, yerli “Leefbaar Rotterdam” partiyasını təmsil edən siyasətçi yaşından xeyli cavan göründüyü bir foto paylaşıb. Lakin tezliklə internetdə real fotolar ortaya çıxıb və istifadəçilər fotodakı qadının demək olar ki, tanınmaz hala gəldiyini qeyd ediblər.

 

Rayxmanın özü iddia edib ki, o, sadəcə proqramdan istifadə edərək görüntü keyfiyyətini yaxşılaşdırıb. O, görünüşündəki dəyişikliklərin dərman qəbulu ilə bağlı olduğunu və fotonun həqiqətən də ona məxsus olduğunu bildirib.

Buna baxmayaraq, ona qarşı tənqidlər güclənib. Partiya imicinin əhəmiyyətli dərəcədə dəyişdirildiyini və reallığı əks etdirmədiyini vurğulayıb. Rəhbərlik bunu etibarın pozulması hesab edib və qadının istefasını tələb edib.Rayxman könüllü istefa verməkdən imtina edib, bundan sonra partiya onu xaric etmək qərarına gəlib. Partiyanın bəyanatında qeyd olunub ki, verilən məlumatlarla faktlar arasındakı uyğunsuzluq gələcək əməkdaşlığı qeyri-mümkün edir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
bizim.media

10Mənbələr