AZ

Barselona İnter ə rəsmi təklif göndərdi MƏBLƏĞ

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona" müdafiəçi Alessandro Bastonini transfer etmək üçün "İnter"ə rəsmi təklif göndərib.

Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi qarşı tərəfə 45 milyon avro ödəməyə hazır olduğunu bildirsə, İtaliya nəhəngi bu məbləğə "yox" deyib.

"İnter"in sözügedən oyunçunu 60 milyon avrodan aşağı qiymətə satmaq barədə düşünmədiyi, "Barselona"nın isə 26 yaşlı oyunçuya illik təxminən 7 milyon avro maaş verməyi planlaşdırdığı diqqətə çatdırılıb. 

Bastoni gazırda "İnter"də ildə 5 milyon avro məvacib alır.

Cari mövsüm arxa xətt oyunçusu klubunun heyətində bütün turnirlərdə 35 matça çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun Milan təmsilçisi müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Alessandronun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir. 

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
18
fanat.az

10Mənbələr