AZ

Azərbaycanda DƏHŞƏT: 16 yaşlı qız faciəvi şəkildə öldü – FOTO

Sumqayıt şəhərində 16 yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Şəhərin 3-cü məhəlləsində yerləşən yaşayış binalarının birində qeydə alınan hadisə nəticəsində yeniyetmə ağır xəsarətlər alıb.

NOCOMMENT.az xəbər verir ki, 2010-cu il təvəllüdlü İsayeva Fəxriyyə Emin qızı yaşadığı binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb. Hadisədən dərhal sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənc qız tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin üç gün ərzində göstərdiyi bütün tibbi səylərə baxmayaraq, Fəxriyyə İsayevanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin dəqiq başvermə səbəbləri və təfərrüatları araşdırılır.

Sara,
NOCOMMENT.az

Seçilən
43
50
nocomment.az

10Mənbələr