Respublika fənn olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanan, Astronomiya və Astrofizika Olimpiadasında “birincilərin birincisi” adına layiq görülən Selcan, həm də 2025-ci ildə Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazanıb.
Redaktor.az xəbər verir ki, Azərbaycanı beynəlxalq elmi arenada uğurla təmsil edən gəncimiz indi dünyanın ən nüfuzlu universitetlərindən birində yeni zirvələrə doğru yol alır.