AZ

Bir ayda 18 milyondan çox sərnişin daşınıb

Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib.

"Cebheinfo.az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Ötən ay ən çox sərnişin martın 6-da daşınıb – 796 734 nəfər.

Bayram günlərində mərkəz istiqamətində axın kəskin artıb. 21-22 mart tarixlərində "Sahil" stansiyası metronun ən işlək nöqtəsi olub və adi vaxtlardan 51 % daha çox sərnişin qəbul edib.

Metroda rəqəmsal keçid də sürətlənib. Hər 3 nəfərdən biri artıq ödənişlərini NFC ilə edir.

"Cebheinfo.az"

Seçilən
13
13
cebheinfo.az

10Mənbələr