AZ

Bakıda kikboksinq üzrə mötəbər yarış keçiriləcək

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Bu gün Bakıda kikboksinq üzrə turnir keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarış Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi və Xüsusi Təyinatlı İdman Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq.

Turnirdə kadetlər, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə idmançılar mübarizə aparacaqlar. Ümumilikdə yarışa Bakıdan 34, regionlardan isə 10 komanda qatılacaq. Beləliklə, 44 komandanın iştirak edəcəyi yarışda 400-ə yaxın idmançı qüvvəsini sınayacaq.

Açılış mərasimi saat 14:00-da Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutacaq.

Qeyd edək ki, bu yarışın keçirilməsi ölkədə kikboksinqin inkişafına, gənclərin idmana cəlb olunmasına və sağlam həyat tərzinin təşviqinə töhfə verməyi hədəfləyir.

Turnirə aprelin 5-də yekun vurulacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
icma.az

2Mənbələr