ain.az bildirir, Gununsesi portalına istinadən.
Dövlət Təhlükəsizlik Xidmətində general-leytenant ali hərbi rütbəsini daşıyan vəzifəli şəxslərin sayı 3-ə çatıb.
Gununsesi.info-nun məlumatına görə, DTX əməkdaşlarının peşə bayramı münasibətilə Prezident İlham Əliyev bir qrup əməkdaşlara ali hərbi rütbələr verib.
Onlar arasında DTX-nın İstintaq Baş İdarəsinin rəisi ədliyyə general-mayoru Həsən Mansurov da var.
Prezident sərəncamı ilə Həsən Mansurov ədliyyə general-leytenantı ali rütbəsinə layiq görülüb.
Qeyd edək ki, DTX bu sərəncama qədər DTX-da iki ədliyyə general-leytenantı olub.
Onlar DTX rəisinin müavinləri Ceyhun Şadliniski və Şərafət Həsənovdur.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.