AZ

Dünyanın qorxduğu etiraf ABŞ-dan gəldi: Müharibə bitsə belə...

ABŞ–İsrail–İran münaqişəsi davam etdiyi bir vaxtda ABŞ kəşfiyyatının hesabatında diqqət çəkən qiymətləndirmə yer alıb.

Turkustan.az xəbər verir ki, sənəddə qeyd olunur: müharibə başa çatsa belə, qlobal neft ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazının qısa müddətdə açılması real görünmür.

Qərb hərbi ekspertlərinin fikrincə, İranın nəzarətində olan bu boğazın hərbi yolla açılması faktiki olaraq mümkün deyil. ABŞ prezidenti Donald Trampın çağırışlarına baxmayaraq, həm Vaşinqton, həm də Qərb ölkələri yaxın perspektivdə boğazın açılmasının çətin olduğu qənaətindədir.

Məlumatlara görə, dünya üzrə neft daşımalarının təxminən beşdə biri məhz bu marşrutdan keçir. Bloomberg-in iddiasına əsasən, İran bəzi ölkələrə məxsus gəmilərin ödəniş qarşılığında keçidinə icazə verir. Çin, Hindistan, Pakistan, Türkiyə və Fransa şirkətlərinə aid gəmilərdən fərqli olaraq, ABŞ və onun müttəfiqlərinə məxsus gəmilərin keçidinə icazə verilmir. Bildirilir ki, bu keçid üçün ödənilən məbləğ 2 milyon dollara qədər çata bilər.

Hörmüz boğazında yaranan gərginlik qlobal enerji bazarlarına da təsirsiz ötüşməyib. Avropada enerji qiymətlərinin artdığı, Asiyada isə ciddi neft çatışmazlığı riskinin yarandığı qeyd olunur. Məlumata görə, Avrozonada enerji qiymətləri mart ayında 100,16 baldan 106,97 bal səviyyəsinə yüksəlib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
40
turkustan.az

1Mənbələr