23 may 2026-cı il tarixində “Vulkan” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabatı və balansın təsdiqi.
2. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının növbədənkənar formalaşması (direktorlar şurası, idarə heyətinin və təftiş komissiyasının seçilməsi).
3. Səhmdar cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditor yoxlaması ilə əlaqədar müstəqil auditor təyin edilməsi haqqında.
4. Digər məsələlər.
Yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən səhmdar cəmiyyətin inzibati binasında keçiriləcək.