AZ

Peruda stadionda izdiham zamanı 1 nəfər həlak olub

Perunun paytaxtı Limada yerləşən stadionda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib, onlarla insan xəsarət alıb.

"Far.Az" "La Republica" nəşrinə istinadən xəbər verir ki, hadisə aprelin 3-də "Alyansa Lima" klubunun ev arenasındakı kütləvi toplaşma zamanı qeydə alınıb.

Azarkeşlər "Universitario" ilə keçiriləcək prinsipial oyun öncəsi komandalarına dəstək olmaq üçün stadiona yığışıblar. Məlumata görə, bir qrup tərəfdarın cənub tribunasının ön hissəsinə doğru irəliləməyə çalışması nəticəsində güclü sıxlıq və izdiham yaranıb.

Hadisə nəticəsində 47 nəfərin yaralandığı, 1 nəfərin isə vəfat etdiyi bildirilir.

Qeyd edək ki, yerli hakimiyyət orqanları tədbirin keçirilməsi üçün müvafiq icazənin olmadığını əsas gətirərək stadionu müvəqqəti bağlayıb.

Seçilən
8
7
far.az

10Mənbələr