AZ

ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını niyə açmadığını açıqlayıb

BAKI, 4 aprel. TELEQRAF

İranın Hörmüz boğazını tezliklə açması ehtimalı azdır, çünki su yoluna nəzarət ABŞ üzərində yeganə təsir gücünə çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, İran hakimiyyəti enerji qiymətlərini yüksək saxlamaq və ABŞ prezidenti Donald Trampa təzyiq göstərmək üçün tanker tranzitinə məhdudiyyətlərini sərtləşdirə bilər.

Beynəlxalq Böhran Qrupunun İran layihəsinin direktoru Əli Vaez agentliyə bildirib ki, İran hakimiyyəti başa düşür ki, boğaz vasitəsilə qlobal enerji bazarına təsir göstərmək qabiliyyəti "hətta nüvə silahlarından daha güclüdür".

Seçilən
4
9
teleqraf.com

7Mənbələr