AZ

Mümtaz Xəlilzadə: “Azərbaycan dilinə xüsusi diqqət göstərmək hər birimizin borcudur” VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qubada şimal bölgəsində fəaliyyət göstərən mətbuat nümayəndələri üçün "Mediada dövlət dili" mövzusunda keçirilən təlimdə televiziyalarda dövlət dilinin işlənmə qaydası və müşahidə edilən dil pozuntuları barədə ətraflı danışılıb.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının xəttilə keçirilən təlimdə Azərbaycan dilinin qorunması istiqamətində dövlət səviyyəsində görülən işlərdən də söz açılıb. Təlim iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

Azərbaycan Televiziyasının aparıcısı Mümtaz Xəlilzadə Bizim.Media-ya müsahibəsində "Mediada dövlət dili" mövzusunda keçirilən təlimlərin bölgələr üzrə ilk dəfə Qubada keçirildiyini deyib:“Dil təkcə ünsiyyət vasitəsi deyil. Dil, həmçinin bir millətin varlığının, bütövlüyünün, birliyinin rəmzidir. Əgər biz Azərbaycan dilinin saflığını, təmizliyini qorumaqdan danışırıqsa, deməli, biz həm də Azərbaycanın birliyini, bütövlüyünü qorumaqdan danışırıq. Mediada Azərbaycan dilinə xüsusi diqqət göstərmək bizim hər birimizin, jurnalistlərin hər birinin borcudur”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
19
bizim.media

10Mənbələr