Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması "Zirə" üçün yadda qalan olub.

Offsideplus.az xəbər verir ki, səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyən Bakı təmsilçisi bu turnirdə 25-ci qələbəsini rəsmiləşdirib.

Paytaxt klubu ölkə kubokunda keçirdiyi 43-cü matçda "25"lik həddə çatıb. 

Bu nəticə ilə "qartallar" Azərbaycan Kuboku tarixində 25 və daha çox qalibiyyət əldə edən 9-cu komanda kimi tarixə düşüb.

Qeyd edək ki, "Zirə" turnirdəki ilk qələbəsini 2015/16 mövsümünün 1/8 finalında qazanıb. 2015-ci il dekabrın 2-də baş tutan həmin matçda komanda səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub etmişdi.