ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu "Zirə" üçün əlamətdar olub.
SİA Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gələn Bakı klubu turnirdə 25-ci qələbəsini qazanıb.
Paytaxt təmsilçisi kubokdakı 43-cü qarşılaşmada "25"ə çatıb. "Zirə" keçirdiyi matçların 58,14 faizində qalib gəlib. Evdə 13 dəfə qələbə qazanan komanda səfərdə 12-ci dəfə sevinib. Bununla da "Zirə" Azərbaycan kubokunun tarixində 25 və daha çox görüşdə qalib gələn 9-cu komanda olub.
Qeyd edək ki, "qartallar" kubokda ilk qələbəsini 2015/2016 mövsümünün 1/8 finalında - 2015-ci il dekabrın 2-də AZAL-a qarşı səfər görüşündə əldə edib – 2:1.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.